Rusiyanın gəmisi batdı

Gemi

Rusiyadan Liviyaya gedən 120 metrlik “Marina” adlı yük gəmisi batıb.

Xalq.az-ın məlumatına görə, gəmidən yaxınlıqdakı limana kömək çağırışı edilib. Yunan Sahil Təhlükəsizlik qrupu, bir vertalyot və 4 yük gəmisi hadisə yerinə ezam olunub. Gəmidəki ekipaj üzvlərindən 4-ü xilas edilib. Gəmidəki 3 nəfərin isə itkin düşdüyü bildirilib.

Krit adasının 30 mil qərbindəki bütün axtarışlara baxmayaraq itkin düşən 3 nəfəri tapmaq mümkün olmayıb.

İlkin məlumatlara görə, şiddətli qasırğa səbəbiylə bir müddət öncə yana əyilən gəmi tamamilə batıb.

Qeyd edək ki, gəminin ekipaj üzvləri Rusiya vətəndaşlarından ibarət olub.