Rusiyanın yeni səfiri Bakıya gəldi

Rusiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Mixail Boçarnikov bu gün səhər saatlarında Bakıya gəlib.

XALQ.AZ xəbər verir ki, bu barədə  Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkin bildirib.

O, daha sonra bu barədə əlavə məlumatın veriləcəyini deyib.

Qeyd edək ki, mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib.

M. Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub

O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.

 

 

Orxan