Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi təsdiq olunmadı

rustəm

Xalq.az xəbər verir ki,Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Şuranın təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilməyib.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədirliyi ilə keçirilən iclasda MSK katibi Arifə Muxtarova məlumat verərək qeyd edib ki, Rüstəm İbrahimbəyovun namizədlyi üçün təqdim olunan sənədlər yoxlanılıb və namizədliyinin təsdiq edilməsi qeyri-mümkün sayılıb.

A.Muxtarova qeyd edib ki, sənədləri araşdırılarkən, Rüstəm İbrahimbəyovun Azərbaycan və Rusiya vətəndaşı olmaqla ikili vətəndaşlığı müəyyən edilib.

A.Muxtarova bildirib ki, Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiq edilməsi üçün əsaslar olmadığına görə onun namizədliyinin təsdiq edilməsindən imtina edilməlidir.

A.Muxtarova bildirib ki, müəyyən edilib ki, Rüstəm İbrahimbəyov 10 il ərzində cəmi 1163 gün Azərbaycanda yaşayıb, eyni zamanda Rusiya qarşısında öhdəlikləri mövcuddur.

Daha sonra təklif səsə qoyularaq MSK üzvləri tərəfindən qəbul edilib.