Səbaildə iməcilik

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçən əsrin 70-ci illərində Ulu öndərin  təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış «Dostluq parkı»nın ərazisində və buradaki Veloparkda rayonun idarə və təşkilatları, təsərrüfat xidmətlərinin, ali və orta təhsil müəssisələrinin kollektivlərinin, YAP Səbail rayon təşkilatının çoxsaylı nümayəndələrinin – ümumilikdə 1000 nəfərdən çox insanın iştirakı ilə böyük iməclik keçirilmişdir. İməclikdə həmçinin bir sıra ictimai birlik və qurumların, gənclər təşkilatlarının, şirkətlərin və digər qurumların nümayəndələri də iştrak ediblər.
İməclik parkın bütün ərazisini əhatə etmişdir. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınmışdır. Gənclər və məktəblilər küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırmış, parkdakı velosiped yolları süpürülmüşdür. Əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilmiş, onların dibi açılmış, ərazi qurumuş otlardan təmizlənmiş, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılmışdır. Parkda ağacların sulanması üçün çəkilmiş xətlər onların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
İməclikdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Vergilər Nazirinin müavini Sahib Ələkbərov, Milli Məclisin deputatları və digər nümayəndələr həmin gün parkın ərazisində 1000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı və zeytun,  velosiped yollarının kənarlarında dekorativ kollar əkdilər və onların suvarılma məsələlərinə xüsusi diqqət yetirildi. Ağacların gələcək inkişafının təmini üçün bura damcı üsuslu ilə suvarılma xətləri çəkildi.
Milli musiqi ifaçılarının müşayət etdiyi, bayrama   əhval-ruhiyyəsi ilə keçirilən iməclikdə rayonun təsərrüfat xidmətlərinin, Dövlət Pedaqoji və İqtisad Universitetlərinin və orta təhsil müəssisələrinin kollektivləri xüsusi ilə fərqlənmişlər.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gunu ərəfəsində onun yaratdığı «Dostluq parkı»nda keçirilən iməclik, parkda əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin rayon ictimaiyyətinin Ulu öndərimizin xatirəsinin yad olunmasına bir töhfə olmuşdur.
Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir