Nazim İbrahimov-Fotolarda

naz1

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun doğum günüdür. 

XALQ.AZ-ın məlumatına görə, komitə sədri doğum gününü  qeyd edir.

N.İbrahimov 1963-cü ilin dekabr ayının 23-də Naxçıvanda anadan olub. 1970-1980-ci illərdə orta məktəbdə təhsil alıb. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirib.

O, daha sonra 1985-ci ildə Nəvahi «AES»-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1985-86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986-1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləyib.

1991-97-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub.

1997-ci ilin mart ayından Azərbaycanın Ukraynda səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Moldova və Polşada, 1999-cu ilin fevralından isə Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilib.

2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərib.

2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Fövqaladə və Səlahiyyətli Səfir ranqı vardır. Beynəlxalq Kadrlar Akademiyasının müxbir üzvü, YAP-ın üzvüdür.

Ailəlidir, iki övladı var.

XALQ.AZ-ın kollektivi Nazim İbrahimovu təbrik edir, gələcək işlərində  ugurlar arzulayırıq

naz0

Фото Назима Ибрагимова.

naz 11 naz2 naz3 naz4 naz5 naz6 naz8 naz9naz13 naz14

 

 

Фото Назима Ибрагимова.

Фото Назима Ибрагимова.

Фото Назима Ибрагимова.

 

 

 

Scroll to top