Səhiyyə nazirinin yalanı ifşa olundu-Prezident “Bu həqiqətə uyğun deyil”

Prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirlərin məruzələrinə fikir bildirib və onlara müvafiq tapşırıqlar verib.
XALQ.AZ xəbər verir ki, strateji obyektlərdə – ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə baxılması barədə göstəriş verib:
“Səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib, amma məndə olan məlumata görə, bu, . Bəzi xəstəxanalarda generatorlar ya olmayıb, ya da qoşulmayıb. Ona görə də, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və işlək vəziyyətdə olması barədə həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”.
İlham Əliyev metro stansiyalarında ümumiyyətlə generatorların olmamasının isə çox acınacaqlı hal olduğunu söyləyib.