Səkkiz ayda sənaye məhsulunun 28,2 faizi emal sektorunda istehsal olunub

Statistika

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-avqust aylarında istehsal olunan 20,3 milyard manatlıq sənaye məhsulunun 28,2 faizi emal sektorunun payına düşüb.

Dövlət Statistika Komitəsindən Xalq.az-a bildiriblər ki, emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 20,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,8 faiz, kağız və karton istehsalı 6,6 faiz, mebel istehsalı 12,1 faiz artıb, içkilərin istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 3,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 75,1 faiz azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,3 faiz artıb.

Scroll to top