Sərfəli “Tətil” paketlərindən birini seç, Ukraynaya “Nar” ilə səyahət et!

Yay mövsümü ilə əlaqədar öz abunəçilərinin artan rabitə və mobil internet ehtiyaclarını qarşılamaq üçün “Nar” rominq qiymətlərini daha sərfəli edib.
Mobil operatordan Mia.az-a verilən məlumata görə, “Nar”ın təqdim etdiyi “Tətil” paketləri xüsusilə qonşu ölkələrə səyahət edənlər üçün daha əlverişlidir.
Məsələn, Ukraynaya mütəmadi səyahət edən istifadəçilər rominqdə internetin indi daha sərfəli olduğunu qeyd edir, sərfəli internet paketləri sayəsində artıq Kiyev, Xarkov, Odessa və ya Lvovda də özlərini evdəki kimi hiss edir, Wi-Fi axtarmağa ehtiyac duymurlar. Artıq Ukraynaya gedərkən, “Nar”-ın “Tətil” paketlərindən birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.
Təklif çərçivəsində 200 MB həcmindəki “Tətil – 2” və 600 MB həcmindəki “Tətil – 5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 manat təşkil edir. Təklif “Nar” operatorunun 30 sentyabradək davam edəcək “Tətil” kampaniyası çərçivəsində verilir və ABŞ, İsrail, Gürcüstan, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan kimi ölkələri də əhatə edir.
“Tətil – 2” paketinə qoşulmaq üçün *777#102#YES, ”Tətil – 5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir.
“Nar” rominq xidməti və tariflər haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

Scroll to top