Sərhəddə əməliyyat- Azərbaycanlı bankir 1 milyon dollar ilə saxlanıldı

XALQ.AZ xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının “Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə həbs olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb.

Məlumata görə, hadisə ötən gecə baş verib. Belə ki, bankın şöbə müdiri külli miqdarda vəsaiti (1 milyon manatdan artıq) mənimsəyib. Onun, hətta sərhədi keçdiyi, lakin sonradan saxlanılaraq geri qaytarıldığı bildirilir.

C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var.

Hazırda Beynəlxalq Bankın rəhbərliyi Gəncəyə səfər edib. Məsələ ciddi şəkildə araşdırılır.

Məlumat üçün bildirək ki, ABB-nin Gəncə filialının müdiri iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.

Beynəlxalq Bankın şöbə müdiri ölkədən qaçarkən tutuldu



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir