Sədr Lənkəranda görüş keçirəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.XALQ.AZ məlumat verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 5-də Lənkəran şəhərində Astara, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Qağayı Məmmədov
Əlaqə vasitələri:
Mob: (050) 380-27-43
Telefon: (02525) 5-39-84
Elektron poçt ünvanları:
chairman@scwra.gov.az
info@scwra.gov.az
dk-lenkeran@scwra.gov.az