Səfər Əbiyevin evini sökdülər -EKSKLUZİV-fotolar

7

 

 

Keçmiş nazirin Zərifə Əliyeva küçəsində yerləşən 3 mərətəbəli binasını yıxdılar

 

Bu gün səhər saatlarından etibarən şəhərin mərkəzində yerləşən tarixi binaya edilmiş 3 mərtəbəli artırmanın söküntüsünə başlanılıb. Xalq.az-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, söküntü işləri nəticəsində Zərifə Əiyeva küçəsinin bir hissəsi bağlanıb.

 

Xalq.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, tarixi binaya edilmiş artırma mənzil keçmiş müdafiə naziri Səfər Əbiyevə məxsus olub. Bina sakinlərinin dediyinə görə, tikinti işlərini ərazidə Müdafiə Nazirliyinin Tikinti İdarəsi aparırmış. Bu gündən etibarən isə onun söküntüsünə başlanılıb. Səbəb kimi isə həmin tikilinin qeyri-qanuni olduğu və tarixi binanın ümumi görünüşünə zərər verdiyi göstərilib.

 

77 78