Səfər Mehdiyev: “Yaxın günlərdə konkret planlar, tapşırıqlar olacaq”

“Xarici iqtisadi fəaliyyət iştirakçılarına 4 istiqamətdə sorğular göndəriləcək”.

 

XALQ.AZ xəbər verir ki,  bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.

Onun sözlərinə görə, həmin sorğular islahatlar paketində nəzərə alınacaq.

“Qanunvericilik, şəffaflığın təmin olunması, İT sahəsində – gömrük xidmətində göstərilən elektron xidmətin keyfiyyəti ilə bağlı bizdən gözləntilər nəzərə alınacaq. İslahatlar paketi ilə bağlı fiskal siyasəti yerinə yetirən Maliyyə, Vergilər, İqtisadiyyat Nazirlikləri ilə birgə işlər yekunlaşdırılıb. Yaxın günlərdə konkret planlar, tapşırıqlar olacaq”, – deyə S.Mehdiyev əlavə edib.

 

 

Orxan