Səfirimizə ağır itki

ras

 

Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədova ağır itki üz verib.

Musavat.com xəbər verirki, səfirin qardaşı Fuad Məmmədov aprelin 4-dən 5-nə keçən gecə qəfildən dünyasını dəyişib. Deyilənə görə, Fuad Məmmədov ürək tutmasından vəfat edib. Onun Gəncə şəhərində dəfn ediləcəyi bildirilir. Fuad Məmmədovun 49 yaşı vardı. Allah rəhmət eləsin.

Onu da qeyd edək ki, F.Məmmədovun atası Eynəddin Məmmədov Gəncədə tanınmış ziyalıdır, yazıçıdır, ali məktəb müəllimidir.