Şəhidlər Xiyabanındakı rüsvayçılıq

Ilham-2

Polisin izə düşdüyü deyilir, işin içindən vəhhabi barmağı çıxa bilər

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Şəhidlər Xiyabanında şəhidlərimizə qarşı çox böyük əxlaqsızlıq edilib.

XALQ.AZ xəbər verir ki, 20 Yanvar şəhidlərindən olan və əsasən ölkədə sevgi simvolu kimi qəbul edilən İlham və Fərizənin məzar daşına nəcis sürtülüb.

Bunun kim tərəfindən edildiyi məlum olmasa da, polis məsələni araşdırmağa başlayıb. İlkin məlumata görə, ərazidəki kameralardakı görüntülər araşdırılır. Bundan başqa, əməliyyat-axtarış tədbirlədi çərçivəsində məlumatlar toplanılır.

Verilən məlumata görə, artıq ilkin izlərə düşülüb. Bu əxlaqsızlığı edənlərin bir yox, bir neçə nəfər olduğu təxmin edilir. Üstəlik, işin içində vəhhabi izinin olması istisna edilmir. İlkin versiya belədir ki, vəhhabilər Azərbaycanda mövcud olan bir sıra adət-ənənəni qəbul etmir. Xüsusən də məzar daşları məsələsinə ciddi etiraz edirlər. Məlumatlara görə, vəhhabilər ümumiyyətlə, Şəhidlər Xiyabanını qəbul etmir və onun dağıdılmasının tərəfdarıdır. Və bunu “bidət” kimi qəbul etdiklərini gizlətmirlər də.

Etibarlı mənbələrdən daxil olan məlumatda deyilir ki, vəhhabilərin belə bir addam ata bilmələri mümkündür. Burada məqsəd isə heç də təkcə dinlə bağlı deyil, həm də təxribat məqsədi güdə bilər. Belə ki, radikal dini qruplaşmanın niyyəti həm də, güc göstərmək istəyi kimi qəbul edilir.

Ilham-2