Səhiyyə naziri tapşırıqlar verdi

Oqtay

Səhiyyə naziri Oqtay Şirəliyevin Xaçmaz rayonunda keçirdiyi qəbulun nəticələri açıqlanıb.

XALQ.AZ-ın Səhiyyə Nazirliyi mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, 22 avqust tarixində Səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasında Xaçmaz və ətraf rayonlardan olan Quba, Qusar, Şabran rayon sakinlərini qəbul edib.

Sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib. Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 6 nəfər – Xaçmaz rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər – Hepatit komissiyasına, 2 nəfər – Xaçmaz rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbəsinə, 1 nəfər – Akad. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə, 1 nəfər – Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Kliniki tibbi mərkəzə, 1 nəfər – 2 saylı Uşaq Xəstəxanasına, 1 nəfər – Uşaq Nevroloji Xəstəxanasına göndərilib və səhhətləri nəzarət altına götürülüb.

Bundan əlavə olaraq, vətəndaşlara səhiyyə ilə bağlı iş təklifləri və vətəndaşların təmin edilməsi ilə əlaqədar olaraq müraciətlərə baxılıb və tədbirlər görülüb.