Səhiyyə nazirindən baş həkim – Təyinatı

Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yeni baş həkim təyin olunub.

XALQ.AZ xəbər verir ki,  səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, Elçin Oqtay oğlu Əmirov Şəki MRX-nın baş həkimi vəzifəsinə təyin olunub.

Buna qədər xəstəxananın baş həkimi vəzifəsini Azad Novruzov icra edib. Bu ilin aprelində A. Novruzov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

 

Elgün