Şəkililərin seçimi YAP-ın namizədidir

1XALQ,AZ xəbər verir ki, 1 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat – təşviqat kampaniyası çərçivəsində 2344 əhalisi və 1389 nəfərdən yuxarı seçicisi olan Şəki rayonu Şorsu kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun iştirakı ilə seçicilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin baş məsləhətçisi Kamil Məmmədov açaraq prezidentliyə namizəd Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi gördüyü nəhəng işlərdən danışıb. “Prezident İlham Əliyevin müdirik, məqsədyönlü siyasəti nəticəsində son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb”, – deyə qeyd edən K.Məmmədov əmin olduğunu bildirib ki, Şorsu kənd seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində fəal iştirak edərək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun üzvləri Qabil Qədimov və Nuralı Çələbiyev çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin həyat və fəaliyyəti, eyni zamanda ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətləri barədə ətraflı məlumat verib, seçiciləri bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirdə çıxış edən kənd sakinləri artıq öz seçimlərini etdiklərini, 11 aprel tarixdə xalqımızın layiqli oğlu İlham Heydər oğlu Əliyevə səs verəcəklərini vurğulayıblar.

 

Elgün