Şəmkir sakinini şantaj edən şəxs tutulub

 

XALQ.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən rayon sakini Anar Cabbarlı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Elgün