Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

“Dəyişikliklər prezidentin 16 may 2013-cü il sərəncamını icra etmək məqsədilə təklif edilir”.

Milli Məclisin bugünkü iclasında şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edildi.

 

54

Xalq.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev çıxış edərək bildirib.

Bundan sonra vətəndaşlara şəxsiyyət vəsiqəsinin 10 gün müddətinə verilməsi və ya dəyişdirilməsinə görə 5 manat, 3 gün müddətində 25, bir iş günü müddətində isə 35 manat dövlət rüsumu nəzərdə tutulur.

Millət vəkilinin sözlərinə görə, dəyişikliklər Azərbaycan Respublikası prezidentinin 16 may 2013-cü il sərəncamının 1.2-ci bəndini icra etmək məqsədilə təklif edilir.

“Yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, dövlət rüsumunun məbləği və onun hazırlanmasına xərcləri nəzərdə tutur. Qanun 2005-ci ilin dekabrın 1-dən qüvvəyə minib. Təklif olunan dəyişikliklər komitədə müzakirə olunub və yekdilliklə qəbul olunub”.

Qeyd edək ki, bundan əvvəl şəxsiyyət vəsiqəsinin alınması üçün tətbiq olunan rüsumlar aşağıdakı kimi idi:

üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 10 manat;
üç iş günündən on gün müddətinədək verildikdə və ya dəyişdirildikdə – 1 manat.