Saakaşvili müxbirlik etdi (VİDEO)

Ani olaraq Kiyevdə peyda olan Mixail Saakaşvili “Əl-Cəzirə” telekanalına müxbirlik edib.

XALQ.AZ-ın məlumatına görə, sabiq prezident telekanala Rusiya-Ukrayna müharibəsi barədə söhbət açıb. Canlı efirə qoşulan Saakaşvili BMT TŞ-nin Nyu-Yorkda keçirilən növbədənkənar iclasından da danışıb.

Bundan əlavə Saakaşvili öz Feysbuk səhifəsində yerləşdiyi videyoda növbəti anti-Putin çıxışını bir başa Kiyevdən edib.

O bildirib ki, “Vladimir Putin özüne elə bil quyu qazıb ki, o buradan heç vaxt qələbə ilə çıxa bilməyəcək. Onun məğlubiyyəti nəinki birinci növbədə Ukraynanın- eləcə də Gürcüstanın qələbəsi olacaq! Bu bizim özləşdirilmiş torpaqlarımızın qayıtması olacaq! Bu bizim uşaqlarımızın təhlükəsizliyi olacaq!”.

Qeyd edək ki, hazırda ölkəsində “vəzifəsindən sui istifadə” iddiası ilə axtarışda olan eks prezident Saakaşvili müstəqil siyasi fəaliyyətlə məşğuldur.