Saakaşvili oğlunun toyunda

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili oğlu Eduardın toy mərasimində iştirak etmək üçün ABŞ-a səfər edib.
Bu barədə siyasətçi Feysbuk hesabında yazıb.
“Həftə sonu oğlum Eduardın toyu üçün okean üzərindən Filadelfiyaya uçduq. Eduard radio proqramının prodüseri kimi çalışır, BBC və “National Public Radio” ilə əməkdaşlıq edir. O, hələ Svartmor (Pensilvaniya) kollecində təhsil aldığı vaxtlarda sevdiyi Adine Melvus-Petrusla evlənib”, – Saakaşvili bildirib.
Saakaşvili qeyd edib ki, Melvus-Petrus ABŞ-da qeyri-hökumət təşkilatında çalışır və gürcü dilini intensiv şəkildə öyrənir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir