Saakaşviliyə 6 il həbs cəzası

Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini qiyabi olaraq 6 il müddətinə həbsə məhkum edib.

 

XALQ.AZ xəbər verir ki,  M. Saakaşvili 2005-ci ilin iyulunda deputat Valeri Gelaşvilini döyməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahkar hesab olunub.

Qeyd edək ki, bu, Tbilisi şəhər məhkəməsinin M. Saakaşvilinin qiyabi həbsi ilə bağlı cari il üçün ikinci qərarıdır. Belə ki, bu ilin yanvarında sabiq prezidentin 2006-cı ildə qətlə yetirilmiş bankir Sandro Qirqvlianinin işi üzrə 3 illik müddətə qiyabi həbsi ilə bağlı qərar verilib.