Saatlıda «Azəriqaz»ın “uğurlu” fəaliyyəti

55

Şirkət evlərə təbii qaz xəttini çəkmək üçün vətəndaşlardan 200 manat pul tələb edir

 

ARDNŞ-in tərkibinə verilmiş «Azəriqaz» şirkəti Saatlıda əhaliyə divan tutur. Bu barədə Xalq.az-a rayon sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, hal hazırda rayonda evlərə təbii qazın verilməsini təmin etmək üçün sözügedən şirkət xətlər çəkməyə başlayıb. Lakin bu çəkiliş zamanı şirkətin işçiləri vətəndaşlardan pul tələb edir.

Onların bildirdiyinə görə, hal hazırda «Azəriqaz»ın işçiləri Saatlıda evlərə qaz xəttinin çəkilişi müqabilində vətəndaşlardan 200 manat pul istəyirlər. Həmin pulu verməyənləri isə qışda qazsız qoyacaqları ilə hədələyirlər. Üstəlik, həmin vətəndaşların evinə təbii qaz xəttini çəkmirlər.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, fərdi yaşayış evlərinə təbii qaz xəttinin çəkilməsi və təbii qazın verilməsi prosesi pulsuzdur. «Azəriqaz» tərəfindən həyata keçirilən çəkiliş və veriliş prosesi dövlət və ya şirkətin öz vəsaiti hesabına həyata keçirilir. Onların vətəndaşlardan hər hansı məbləğdə pul tələb etmələri də qanunsuzdur.

 

Dövlət Neft şirkəti irimiqiyaslı layihələr həyata keçirir. Təkcə Azərbaycanda deyil,xarici ölkələrdə də böyük investisiyalar yatırır. Buna misal olaraq Gürcustanı,Monteneqronu İsveçi,və diğər ölkələri göstərmək olar. Prezident göstərişinə əsasən ölkə daxilində əhalinin təbii qazla təmin olunmasını yerinə yetirir. Bununla əlaqədar olaraq ölkənin əksər rayonları artıq qazlaşdırılıb.

Lakin Azəriqaz şirkəti dövlət vəsaiti ilə həyata keçirilən lahiyələrdən pul umur.Özüdə vətəndaşların cibinə qirməklə. Nəticə etibarı ilə faktiki vəziyyət,Saatlıda acınacaqlıdır. Görəsən, Azəriqaz rəhbərliyi hara baxır?