Saatlıda torpağ biznesi

56

 

Saatlı mərkəzində torpaq sahəsi qalmayıb.

 

Xalq.az-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarov torpaq alverinə girişmiəsindən sonra rayon mərkəzində hal hazırda bir qarış ərazi tapmaq mümkün deyil.Sakinlərin bildirdiyinə görə, icra başçısı bir neçə il bundan əvvəl başladığı prosesi davam etdirir. İddialara görə, Siraqəddin Cabbarov Saatlının mərkəzində torpaqları həddindən artıq baha qiymətə satdığından, onu alanların əksəriyyəti elə yerli məmurlar olublar. Hətta belə bir xəbər də dolaşır ki, sözügedən şəxs hazırda illərdən bəri dükan tikərək işlədən şəxslərin də torpaq sahələrini əllərindən almağa hazırlaşır. Üstəlik, o da deyilir ki, həmin dükanlar sökülərək, yerləri başqalarına satılacaq.Siraqəddni Cabbarov belə bir addım atmasının səbəbi heç kəs soruşmur Rayon bələdiyyəsinə və torpağ şöbəsinə müraciət edənləri isə icra hakimiyyətinə yönəldilir. Belə ki, ilk öncə icra hakimiyyətinin razılığı olmada heç kəsə torpağ verilmir.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.