Sabah “ASAN xidmət”də qeyri-iş günüdür

XALQ,AZ xəbər verir ki,  11 aprel Azərbaycanda prezident seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana bilərlər.

Qeyd edək ki, 12 aprel tarixindən etibarən isə mərkəzlərdə bütün xidmətlər göstəriləcək.

 

 

Elgün