“Şaban”ın oğlu azərbaycanlı qızla evlənir

Türkiyənin əfsanəvi aktyorlarından olan Kamal Sunalın oğlu Əli Sunal azərbaycanlı qadınla nişanlanıb.
Qaynarinfo Milliyet-ə istinadən xəbər verir ki, şəxsi həyatı ilə gündəmə gəlməyi sevməyən Əli Sunal bir müddətdir münasibətdə olduğu Nazlı Qurbanzadə ilə nişanlanıb. Cütlük ÇABA dərnəyinin proyektində tanış olmuş, Qurbanzadə hətta tədbirdə podiuma çıxmışdı. Nazlı Qurbanzadənin həm də vəkil olduğu bildirilir.
Qeyd edək ki, Əli Sunal 2011-ci ildə aktrisa Gökçə Bahadırla ailə həyatı qurmuş, lakin bu evlilik 8 ay davam etmişdi.\
Kamal Sunalın oğlu azərbaycanlı qızla evlənir (FOTOLAR)