Sabiq millət vəkilinə ağır itki

Sabiq deputat Əkrəm Abdullayevə ağır itki üz verib.

XALQ.AZ xəbər verir ki iyulun 29-da Ə.Abdullayevin anası Qönçə Axundova 76 yaşında dünyasını dəyişib.

Картинки по запросу əkrəm abdullayev

Q.Axundova uzun müddət şəkər xəstəliyindən əziyyət çəkirdi. Mərhum bu gün Salyanda torpağa tapşırılıb.

Xatırladaq ki, Ə.Abdullayev 2005-2010-cu illərdə 59 saylı Salyan birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.

Ə. Abdullayev 19962005-ci illərdə Gənclər və İdman Nazirliyində təlimatçı, baş təlimatçı, sektor müdiri və şöbə rəisi vəzifələrində çalışıb

O, bir müddət Gənclər Təşkilatları Milli Şurasının sədri olub. Sabiq deputat hazırda Dünya Türk Gənclər Birliyinin sədridir.

Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.