“Şahdəniz-2”də qaz hasilatının başlanılmasın vaxtı açıqlandı

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci il sentyabrın 20-də başlanması gözlənilir.

XALQ.AZ xəbər verir ki, bu barədə “Natural Gas World” nəşrinə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, bu il hasil ediləcək qazın həcmi o qədər də çox olmayacaq. Lakin artıq 2019-cu il üçün bu yataqdan əlavə 2 milyard kubmetr qaz çıxarılması nəzərdə tutulub.

Resul