“Sahib Mirzəyevin Çexiyada mənzili yoxdur” – DİN-dən açıqlama

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Ehsan Zahidov “Azpolitika.info” saytında dərc olunmuş “KARLOVI VARIDA MƏNZİLİ OLAN MƏŞHURLARIMIZ – Şeyx, general, deputat…” sərlövhəli yazıya münasibət bildirib.

Ehsan Zahidov açıqlamasında yazır:

“DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb.

Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə (71 yaşlı) Bakı şəhərində anadan olmuş, 2001-ci ildən (16 il) Çexiyanın Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur.”