Sahibkarlar qeydiyyata alınacaq – Yenilik

İyulun 1-dən başlayaraq sahibkarlar qeydiyyatdan qida təhlükəsizliyi kartı ilə keçəcəklər.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, sahibkarlıq subyektləri istehsal etdikləri məhsullar üçün sertifikatlaşdırmaya cəlb olunmayacaq:

“Qanuna əsasən, ölkədə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri sadəcə qida təhlükəsizliyi qeydiyyatından keçəcəklər və məhsullarını reyestrə salacaqlar. Qida təhlükəsizliyi qeydiyyatına düşən müəssisələr isə ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar”.

Agentliyin sədri bildirib ki, idxalçı dövlətin tələbinə uyğun olaraq əgər dövlət fitosanitar və baytarlıq nəzarətindən keçmək tələb olunarsa, agentlik bu sertifikatı verəcək: “Qida təhlükəsizliyinin qeydiyyatı “ASAN xidmət”in bir pəncərə prinsipi ilə həyata keçiriləcək. Sertifikat üçün tələb olunan rüsumlar Tarif Şurasına təqdim olunub. Rüsumlar təsdiq olunandan sonra rüsumların ödənilməsi asan xidmətin müvafiq bölmələrində həyata keçiriləcək”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.