Şakiranın 21 aylıq oğlu oxumaq öyrəndi (VİDEO)

Dünya şöhrətli kolumbiyalı müğənni Şakira sənət işlərinin çoxluğuna baxmayaraq övladının təhsilinə ciddi fikir verir. Bunu deməyə 21 aylıq Milanın artıq oxumağı bilməyi əsas verir.
XALQ.AZ-ın məlumatına görə, müğənninin sosial şəbəkədəki rəsmi səhifəsində övladı ilə oxuma-yazma öyrənməsi zamanı çəkilən video yerləşdirib.
Videoda 1 yaş 9 aylıq Milan Şakiranın dəftərə yazdığı ana, ata nənə və baba sözlərini oxuya bilir.

Xatırladaq ki, Şakiranın övladının atası futbolçu Pikedir. Cütlük bu yaxınlarda ikinci uşağı gözlədiklərini açıqlamışdı. Şakira və Pikenin ikinci övladı da ilki kimi oğlan olacaq.