Salyanda seçiçilərlə görüş davam edir

10

 

Xalq.az xəbər verir ki, Fəzail Ağamalı və Milli Məclisin deputatı Əliağa Hüseynov Salyan rayonunun Çuxanlı, Ərəbqardaşbəyli, Cəngən, Beşdəli, Xocalı kəndlərinin və Qırxçıraq qəsəbəsinin sakinləri ilə görüşlər keçirib. Siyasi fəallıq şəraitində keçən görüşlərdə kənd seçicilərinin böyük əksəriyyəti iştirak edib.

Çıxış edən kənd sakinləri son 10 ildə gedən quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafından, eyni zamanda Salyan rayonunda gedən quruculuq işlərindən danışıb və qarşıdan gələn prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini birmənalı şəkildə ifadə ediblər.