SAM-də seyf oğurlandı

Ogru

 

Strateji Araşdırmalar Mərkəzindən oğurluq olub.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi – Bakı şəhər sakini Zaur Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Scroll to top