Şamaxıda qəbul olmur

5

Şamaxılılar  hər gün ərizə yazmaqdan beziblər

 

 

Bildiyiniz kimi ölkə başçısı regionların sosial inkişafı üçün hər il dövlət büdcəsindən və Prezidentin ehtiyyat fondundan  lazımi vəsait ayırır. Şamaxı  rayonunun inkişafı üçün də kifayət qədər pul ayrılsa da həmin pulların necə xərclənməsi bilinmir. Şamaxı  rəsmilərinin dediyinə görə rayonun mərkəzi və yolları  guya əsaslı təmir olunub. Ancaq müşahidələr göstərir ki, orada əsaslı təmirdən heç bir söhbət gedə bilməz, cünki sadəcə kosmetik təmir olunub. Bunlardan əlavə sakinlərin problemləri artıq pik həddə çatmışdır. Məlumata görə Şamaxı  rayon İcra  Hakimiyyətinin başçısı  Asif Ağayev artıq 1 aydır ki, vətəndaşlarla qəbul keçirtmir,qəbula gələn kənd sakinləri isə  icra nümayəndələrinə yönləndirilir.  İcra nümayədələridə  kənd sakinlərini aldadaraq verilən ərizələrin baxılması üçün zaman tələb olunduğunu bildirilər. Rayon sakinlərin  problemlər olduğu kimi qalır. Şamaxı  rayonunda isə problemlər çoxdur ki, bu da vətəndaşların  haqlı narazılığına səbəb olur.Belə ki, rayonda sosial yardımlar düzgün ayrılmır, abadlıq işləri zəif aparılır,məmurlar vətəndaşların şikayətlərinə məhəl qoymur. Başqa bir məlumatda bildirilir ki, icra başçısı Asif Ağayev fermerlərdən  ayliq vergidən əlavə ödəniş verilməsini tələb edir. Bu hadisə artıq fermerlərin narazılığına səbəb olub və  Prezidentə şikayət etməyi planlaşdırırlar.

Ölkə başçısı öz çıxışlarında hər zaman sahibkarlara və fermerlərə lazimi şəraitin yaradılmasından, onlara hər cür dövlət tərəfindən köməklik göstərilməsini bildirir. Lakin Asif Ağayev  rayonu  öz təbilincə idarə etməyi lazım bilir .

 

 

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq