Şamil Əhmədov beynəlxalq axtarışa verilib

samil

Bu il iyunun 19-da Sumqayıtda qayınatasını öldürən 1976-cı il təvəllüdlü Şamil Əhmədov beynəlxalq axtarışa verilib.

Sumqayıt şəhər prokurorunun köməkçısı Pərviz Əliyev Publika. Az-a bildirdi ki, onun Azərbaycandan çıxdığı ehtimal olunur və bu istiqamətdə axtarışlar davam etdirilir.

Qeyd edək ki, Şamil Əhmədov hadisəni qayınatasıgilin məcburi köçkün kimi məskunlaşdığı Sumqayıt şəhəri, İnşaatçılar prospektindəki yataqxanada törədib. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Şamil Əhmədov onunla barışmaq üçün qayınatasının yaşadığı ünvana gəlib və Təranə Hüseynovanı məcburi şəkildə öz evinə aparmaq istəyib.
Bu zaman tərəflər arasında dava düşüb və Şamil Əhmədov həyat yoldaşını döyüb. Təranə Hüseynovanın atası Təyyar Hüseynov məsələyə qarışmalı olub. Şamil Əhmədov ona əl qaldıraraq yumruq zərbələrinə məruz qalıb. Yaşlı kişl başından aldığı zərbənin təsirindən dünyasını dəyişib.

Şamil Əhmədov hadisə yerindən qaçıb.

Qeyd edək ki, o, əvvəllər də məhkumluq həyatı yaşayıb.