Samir Abasovdan futbolçulara qadağa

Sabah “Sumqayıt” Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Keşlə”ni qəbul edəcək.

XALQ,AZ  xəbər verir ki, həlledici oyundan öncə Samir Abasov futbolçulara mətbuatla ünsiyyətdə olmağı qadağan edib.

Futbolçuları oyuna tam kökləmək istəyən mütəxəssis oyunçulara müsahibə və açıqlama verməmək tapşırığı qoyub.

Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” matçı aprelin 18-i, saat 17:00-da baş tutacaq. Cütün ilk matçında Bakı komandası 1:0 hesabıyla qalib gəlib.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir