Şamları sönməyə qoymayın

qaniraaa

Bir otaqda dörd şam səssizcə yanırdı. Otaqda elə bir dərin səssizlik hökm sürürdü ki, dörd şamın bir-biri ilə pıçıltı şəklində danışıqları belə rahatlıqla eşidilə bilərdi. Birinci şam: “Mən sülhəm!” dedi. “Artıq kimsə mənim işıq saçmağıma yardımçı olmur. Çevrəm qan və silah iyi verir. Döyüşlər və müharibələr məsum insanların ölümünə səbəb olur. Bu durumda yanıq qalmağımı istəyənlər azalır. Artıq sönmək üzrəyəm…” deyib səssizcə işığını söndürüb qaranlığa qərq oldu.

İkinci şam: “Mən bilgiyəm!” dedi. “Amma artıq gərəkli olduğuma inanmıram. Yanıq qalmağımın da bir dəyəri qalmadı. Bilgi sahibləri hər keçən gün daha fərqli sıxıntılarla qarşılaşırlar. Cəhalət və bilgisizlik daha çox alqışlanır, rəğbət görür. Bu durum məni üzür…” deyərək xəfif bir meh ilə işığını söndürdü.

Üçüncü şam: “Mən sevgiyəm!” dedi. İnsanların ürəyində dərin izlərim var. Mənimlə əngəllər götürülür, sıxıntılar aradan qaldırılır. Mən acı vermək üçün deyil, yaxşılıq və rəhmət üçün varam. İnsanlar məni unudub, kənara atdılar. Özlərinə ən yaxın olanları belə sevməməyə başladılar. Halbuki sevgi həyatın qəlbidir. İncitməyən bir baxışdır. Qırmayan qəlbdir. Ancaq insanlar sevgini unutdular, maraqlara əsaslanan dostluqlar qurdular. Bu durum məni üzür. Artıq sönmək məcburiyyətindəyəm…” deyib səssizcə söndü.

O sırada otağa anidən bir uşaq daxil oldu. Üç şamın tamamilə söndüyünü gördüyü vaxt ağlamağa başladı. Dördüncü şam yumşaq və sakitləşdirici səsi ilə uşağa ağlamamasını söylədi: “Qorxma! Mən çevrəmə işıq saçdığım müddətdə digərləri yenidən yanarlar və onlar da çevrəni özəllikləri istiqamətində aydınlatmağa davam edərlər. Çünki mən ümidəm…”
Gözləri parıldayan uşaq ümid şamını alıb digər şamları bir-bir yandırar və otaq əvvəlki aydınlığına qovuşar.

P.S: Inşallah, insanlar ən son şamı, ümid şamını da söndürməzlər! Çünki onsuz dünya və həyat sözün əsl mənasında cəhənnəmə çevrilər.
İnşallah, ümid şamını sönməyə qoymayan cocuqların sayı daha da artar və dünya bir az da olsa düşəlməyə başlayar.
Yenə də ümid…
Şükr ki, içərimdəki ümid şamı hələ yanır…..

Qənirə Paşayeva