Şampun qabından narkotik çıxdı

Sampon

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elnur Mətləb oğlu Abıyevə xalası oğlu Cəbrayıl Gündüz oğlu Rəcəbovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı “Head and Shoulders” şampun qabının içərisində 4 (dörd) ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 3.99 qram olan narkotik vasitə – marixuana, xalis çəkisi 2.490 qram olan narkotik vasitə – tiryək, xalis çəkisi 0.52 qram olan narkotik vasitə – həşiş qatranı və xalis çəkisi 0.573 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.