Sapı özlərindən olan BALTA və yaxud MİLLİ ŞURA-nın iclasında nə baş verib

dava Xalq.az  Musavat partiyasının üzvlərindən verilən etibarlı məlumata  görə,  Milli Şuranın Müsavatın qərargahında keçirilən iclasında qurumda təmsil olunan partiyalar AXCP və Müsavat arasında dava düşüb. Məlumatda deyilir ki, qapalı sessiyadan kənarda, Müsavat Partiyası qərargahının dəhlizində Əli Kərimlinin təhqir edilməsi əlbəyaxa davaya səbəb olub. Özünü müsavatçı kimi təqdim edən şəxs AXCP sədrini nəlayiq sözlərlər təhqir edib. Cəbhəçilər də buna qarşılıq verib. Nəticədə ara qarışıb. Müsavat rəhbərliyi Əli Kərimlini təhqir edən şəxsi tanımadıqlarını desələr də, şəxs israrla müsavatçı olduğunu deyib. Hazırda tərəflər arasında yaşanan gərginlik pik həddə çatıb. Partiya rəhbərlərinin və iclasda iştirak edən Milli Şura üzvlərinin səyinə baxmayaraq qarşıdurma ciddiləşib, və əlbəyaxa olanlar arasında xəsarət alanlar var.