Saray qəsəbəsində əl qumbarası tapılıb

Qumbara

Saray qəsəbəsində döyüş sursatı tapılıb.

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Saray qəsəbəsində döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan F-1 markalı əl qumbarasıdır. Qumbara FHN-in mütəxəssisləri tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi meydançaya aparılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.