Sarkisyan kriminal məclisdə-Video

 

 

 

Erməni blogger Artsun Avetisyanın yaydığı video materialda Ermənistan prezidenti Serj Sarkisyanın “qanuni oğrular” – Ded Xasan kimi tanınan Aslan Usoyan, Çako ləqəbli Razmik Amoyan və kriminal aləmin digər nümayəndələri ilə bayram etdiyi bir məclisdən bəhs olunur. 

XALQ.AZ modern.az-a istinadən bildirir ki, restoranda hansı hadisənin bayram edildiyi məlum deyil. Ancaq yayılan videodan Sarkisyanın kriminal aləmin “yuxarı dairələri” ilə sıx əlaqəsinin olduğu aşkar görünür. Əgər göstərilən tarix həqiqətdirsə, bu hadisə 1993-cü il mayın 28-də baş verib.

Serj Sarkisyan həmin görüşdən dərhal sonra – 1993-cü ilin avqustunda Ermənistanın müdafiə naziri olub. Mənbələrin iddiasına görə, o vaxt Qarabağda gedən müharibə zamanı “avtoritetlər” silahla təminat məsələsini həll ediblər, ona görə də Serj Sarkisyan onlarla tez-tez görüşüb.

Bəzi məlumatlara görə, Ded Xasan Sarkisyanın karyerasının uğurlu alınmasında – onun 2008-ci ildə prezident postuna qədər gəlib çıxmasında xüsusi rol oynayıb. Sarkisyan 2008-ci ildə Ermənistanın prezidenti seçilib və 2013-cü ildə ikinci dəfə postunu qoruya bilib.

Bu müddətdə dəfələrlə bəyan olunub ki, Ermənistan prezidentinin kriminallarla əlaqəsi var. Həmin video da bunu təsdiqləyir.

“Cinayətkar aləmin patriarxı” hesab olunan Aslan Usoyan 2013-cü ilin qışında Moskvanın mərkəzində öldürülüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir