Sarkisyanın ölümünü çaxnaşma yaratdı

 

erm

Ermənistanda Artur Sarkisyanın ölümü qalmaqal yaradıb.

XALQ.AZ Rusiya  mətbuatına istinadən bildirir ki, ötən ilin yayında silahlı qarşıdurma zamanı post-patrul binasını ələ keçiriən qiyamçılara yemək verməkdə ittiham edilərək həbs olunan Artur Sarkisyanın ölümü müəmmalı hesab olunur.

Vəkil Tiqran Yeqoryanın sözlərinə görə, ölüm işgəncədən də baş verə bilərdi. Ölüm səbəbi kimi rəsmi olaraq ürək çatışmazlığı göstərilsə də bir çoxları diaqnoza inanmır. Artıq vəkil Baş Prokurorluğa Sarkisyanın ölüm səbəbinin araşdırılması üçün müraciət edib. Müraciətdə Sarksiyana qarşı işgəncə tətbiq edildiyi və qeyri-insani münasibət göstərildiyi əksini tapıb. Vəkil həmçinin işi araşdıran müstəntiq, hökmü çıxaran hakimdən də narazılığını vurğulayıb.  Cəsədin məhkəmə -tibb ekspertizasında əcnəbi mütəxəssislərin iştirakının təmin olunmasını istəyib.

Artur Sarkisyan həbsxanada vəziyyəti pisləşdiyinə görə bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş və bir qrup deputatın şəxsi zəmanəti ilə martın 6-da azad olunmuşdu.