Azərbaycanlı deputatlar Xocalı Soyqırımından danışdı

 

Картинки по запросу SAVALAN MİRZƏYEV

Gürcüstan parlamentinin iclasında azərbaycanlı deputat Savalan Mirzəyev Xocalı soyqırımı mövzusunda çıxış edib.

 

XALQ.AZ  xəbər verir ki, Savalan Mirzəyev çıxışında bildirib ki, düz 25 il öncə  fevralın 25-dən  26-na  keçən gecə  baş verən hadisə 20-ci əsrin dəhşətli hadisəsidir.

 

“Bizlər bu tribunadan uca səslə Xocalı faciəsini yada salmalıyıq və bu faciəyə düzgün qiymət verməliyik ki, bu cür hadisələr nə bizim bölgədə, nə də bütün dünyada təkrarlansın. Təəssüf ki, həm bu faciə, həm də Qafqazda baş verən bir çox müharibələr xaricdən idarə edilib. Xocalı faciəsinin də əsas günahkarları sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən dəstəklənən separatçılar olub. Qafqazda müharibələr bitməlidir, biz mütləq Qafqaz xalqlarının birlik və sülh mühitində yaşamasına nail olmalıyıq”.

 

Mediaya açıqlamasında Savalan Mirzəyev qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri hər zaman ali səviyyədə olub və olacaq, bizim əlaqələr əsrlər boyu davam edir.

 

“Bizim ölkə Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Biz də, Azərbaycanlı deputatlar olaraq istədik ki, mənəvi borcumuzu yerinə yetirib bu məsələni ölkənin ən yüksək tribunalarından sayılan Parlamentdən səsləndirək. Xocalı soyqırımı haqqında məruzə ilk dəfədir ki, Gürcüstan Parlamentindən səsləndirildi. Əvvəlki illərdə biz qarşı tərəfin cəhdlərindən müdafiə olunurduqsa bu dəfə biz Xocalı hadisələrinə ədalətli hüquqi qiymətin verilməsi tələbilə çıxış etdik. Mən də çıxışımda bir çox məqamlara toxunaraq bu məsələnin ciddiyyətindən danışdım Bu faciə əsrin ən dəhşətli hadisəsidir, bu əsl soyqırım aktıdır. Xocalı soyqırımı nəinki Azərbaycan xalqına eyni zamanda bəşəriyyata törədilmiş cinayətdir. Xocalı hadisələrini hər kəs tanıtmalıdır. Vəzifəsindən və statusundan, yaşadığı ölkədən asılı olmayaraq. Biz çalışmalıyıq ki, bu hadisələrə hüquqi qiymət verilsin və bu cür cinayətlər daha dünyanın heç bir yerində təkrarlanmasın.  Düşünürəm ki, bu cür hadisələr vaxtında öz qiymətini almadığına görə bu gün Gürcüstanda işğalçılıqdan əziyyət çəkir, bizim də ərazilərimizin 20 % işğal altındadır. Amma inanıram ki, ədalət bigərar olunacaq və hər iki ölkənin ərazi bütövlüyü təmin ediləcəkdir, minlərlə insan öz evlərinə dönəcəklər”.

Фото Ruslan Haciyev.

Gürcüstan Parlamentində təmsil olunan digər azərbaycanlı deputat  Ruslan Hacıyev də  deyib  ki, 26 fevral günü bütün dünya Azərbaycanlıları üçün faciəli bir gündür.

 

“Bu faciə nəinki Azərbaycan xalqına , o cümlədən,  insanlığa qarşı edilmiş cinayətdir və hər birimizin yaramızdır. “Bu gün 22 fevral tarixində Gürcüstan parlamentində ilk dəfə olaraq Savalan Mirzəyevin Xocalı soydırımı ilə bağlı səsləndirdiyi faktlar və təkliflər onu göstərir ki, bu soyqırımın hüquqi qiymətinin verilməsinə və tanıdılması olduqca önəmlidir. Vətənimiz Gürcüstan da, müstəgillik tarixidə çox haqsızlıqkarla qarşılaşdı, Azərbaycanda olduğu kimi, Gürcüstanında ərazisinin 20% işğal altındadır, minlərlə qaçqın və məcburi köçkün öz evlərindən didərgin düşüblər. Bu ədalətsizlik hələdə davam edir. Lakin Gürcüstan-Azərbaycan əlaqələri çox yüksəkdir, bizim dostluq əlaqələrimiz tarix boyu davam edir”

 

Ruslan Hacıyev,  eyni zamanda bu günlərdə qondarma rejimin, keçirmək istədiyi referenduma etiraz edən Gürcüstan hökümətinin bu addımına da fikir bildirib. O qeyd edib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyir.

 

“Başqa cür ola da bilməz. Azərbaycan dövləti də hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bizim ölkələri çox sıx tellər bağlayır, bu əlaqələrin əsrlər boyu tarixi var. Bizim əlaqələrimizi heç bir qüvvə poza bilməz”.