Seçki günü Mətbuat Şurasının “Qaynar xətt”i fəaliyyət göstərəcək

01

“Bu gün Azərbaycanda söz və mətbuat azadlığı var. Azərbaycanda KİV-lə bağlı qanunvericilik bazası mövcuddur. Bütün bunlara baxmayaraq mən demirəm ki, Azərbaycanda mediasında problemlər yoxdur”. AZADİNFORM xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Ə.Amaşov bildirib ki, Azərbaycan mediasında problemlərdən biri iqtisadi problemlərdir: “Əgər Azərbaycan mediasını iqtisadi baxımda formalaşdıra bilsək, demək olar ki, problemləri aradan qaldıra bilərik. Bu istiqamətdə Azərbaycanda reklam bazarının formalaşması vacib məsələlərdən biridir”.
KİV-in seçki komissiyalarında iştirakı məsələsinə toxunan Ə.Amaşov bildirib ki, mətbuatın seçki prosesi haqqında məlumat vermək hüququ var: “Monitorinq qrupunun üzvlərinin sayını artıracağıq. Monitorinq qrupu gücləndirilmiş iş rejiminə keçəcək. Seçki günü Mətbuat Şurasının “Qaynar xətt”i də fəaliyyət göstərəcək” – deyə Ə.Amaşov əlavə edib.