Seçki sahəsində lazımi tədbrləri həyata keçirəcəyik

14

 

Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov ANS TV-də “Hesabat”ın qonağı olub və bu il ölkədə keçiriləcək prezident seçkisi barədə Mir Şahinin suallarına cavab verib.

“Ümumən müşahidə olunur ki, Azərbaycanda vəziyyət kifayət qədər sabitdir. Artıq 10 ildir ki, Azərbaycanda bu sabitlik möhkəmlənibdir. Bu sabitlik təkcə belə deyək hakimiyyət institutlarının səyi ilə deyil, cəmiyyətin bütövlükdə dayanıqlılığı ilə möhkəmlənibdir. Bu da bütün proseslərə olduğu kimi, seçki prosesinə də öz təsirini göstərir. Seçkilər bütövlükdə, həm namizədlərin irəli sürülməsi, həm imzaların toplanması, həm də bu gün təşviqat mərhələsi qanuna müvafiq surətdə həyata keçirilir.

Seçki inustitutları, icra strukturları, seçkiyə qoşulan siyasi partiyalar və siyasi partiya blokları, təşəbbüs qrupları və s. hər kəs qanunvericiliyə müvafiq olaraq seçki prosesində iştirak edir. Düşünürük ki, bu belə də başa çatacaqdır. Biz seçkiləri müvəffəqiyyətlə və uğurla yekunlaşdıracağıq. Əhalinin iradəsini, seçki və səsvermə iradəsini bütövlükdə reallaşdırmaq sahəsində bütün lazımi qanunvericilik və praktiki addımları həyata keçirəcəyik və bu ilki prezident seçkiləri Azərbaycan tarixinin bəlli mərhələsinə qovuşacaqdır.

Arxayın seçki kampaniyasının bir neçə səbəbləri var. Əvvəla onu deyim ki, biz artıq müəyyən təcrübə toplamışıq. Bu 5-ci prezident seçkiləridir. Və bunun üstünə gəl 4 parlament seçkiləri, təxminən bir neçə də bələdiyyə seçkiləri. Artıq Azərbaycanda seçki təcrübəsi formalaşıbdır. Həm seçki inustitutları formalaşıblar, həm icra strukturları, digər inzibati hakimiyyət strukturları onlara aid olan vəzifələri mənimsəyiblər və faktiki olaraq bu sahə üzrə peşəkarlaşıblar. Digər tərəfdən əlbətdə bu təcrübə ilə yanaşı Azərbaycanın inkişafı da öz rolunu oynayır.

Azərbaycan inkişaf etdikcə vətəndaşların seçib-seçilmək vərdişləri də müəyyən qədər təkmilləşib. Faktiki olaraq Azərbaycan seçicisi bu gün 1995 – 1998 – 2000-ci illərdə olduğu kimi namizədlərin görüşünə belə böyük həvəslə qatılmırlar. Nəyə görə, çünki artıq bu namizədləri tanıyırlar. Azərbaycan seçicisinin özünəməxsus dəyərlər sistemi formalaşıb. Kimə və niyə səs verdiyinin artıq fərqindədir. Bu fərq də ondan irəli gəlir ki keçən 20 illik müddətdə seçici prezidetnliyə namizədlərin və onların təmsil etdiyi partiyalarla, düşərgələrlə faktiki olaraq yaxından tanışdır. Çünki indi informasiya əsridir. Və informasiya əsrində bir namizədin platforması ilə tanış olmaq üçün, dövlətin gələcək inkişafı ilə bağlı nəyə qadir olduğunu bilmək üçün onunla görüşə getmək o qədər də vacib deyil. Gündəlik informasiya vasitələrindən, elektron və print media vasitələrindən onun platforması ilə tanış olmaq mümkündür.

Beləliklə faktiki olaraq bu sakitliyin səbəbi həm də insanların informasiya texnoloqiyalarının verdiyi imkanlardan istifadə edərək öz seçimlərini etmək imkanlarının yaranmasıdır. Və faktiki olaraq həm də Azərbaycanın bu günki təcrübəsi, inkişafı, əhalinin sabit elektratının formalaşması ona gətirib çıxarır ki seçkilər belə rahat gedir. Düşünürük ki, seçki günü də belə rahat yekunlaşacaq”