Ərdoğan liderdir

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb.

XALQ.AZ xəbər verir ki, Rəcəb Tayyip Ərdoğan 54,11% səslə liderdir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə 29,96%, İyi Partiyanın sədri Meral Akşenerdi 07,49% səs toplayıblar.

*****

Hazırda Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsverməsi sayı hesablanır.

Prezident seçkilərində bülletenlərin 65 faizi hesablanıb.

Rəcəb Tayyip Ərdoğan 55,47%-ni toplayaraq, namizədlər arasında ilk sıradadır.

Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə 29,22%, İyi Partiyanın sədri Meral Akşenerdi 07,47% səs toplayıb.

*****

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 42 faizi hesablanıb.

İlk yeri səslərin 56,98%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur.

İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (28,31%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,45%).

*****

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səslərin sayı hesablanır.

Hazırda səslərin 19,6 faizi hesablanıb.

Sayılan səslərə əsasən, Türkiyənin hazırkı prezidenti Təcəb Tayyib Ərdoğan 59,6 faiz səs toplayıb. O, hazırkı nəticəyə əsasən, liderdir.

CHP-nin namizədi Muharrem İncə 26,1, İyi Partiyanın sədri Meral Akşener 7,7 faiz, Demokratik Toplum Partiyasının namizədi Səlahəddin Dəmirtaş 5,5 faiz, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının sədri Doğu Perinçək 0,2 faiz səs toplayıb.

*****

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb.

Yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatıb.

Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir.

*****

Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  başlayıb.

Yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatacaq.

Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir.

*****

Bu gün qardaş və dost Türkiyədə növbədənkənar parlament (27-ci çağırış) və prezident seçkiləri keçiriləcək.

Təxminən 60 milyona yaxın seçicinin iştirak edəcəyi seçkilər (səsvermə prosesi) Türkiyə vaxtı ilə  səhər saat 8-də başlayacaq və axşam saat 17:00-da bitəcək.

Prezident seçkilərində 6 namizəd mübarizə aparacaq.

Bunlar Rəcəb Tayyib Ərdoğan (AKP), Meral Akşənər (İYİ Parti), Muharrem İncə (CXP), Təməl Karamollaoğlu (Səadət Partiyası ), Doğu Perinçək (Vətən Partiyası) və Selaheddin Demirtaşdır (HDP).

Mübarizənin də daha çox Ərdoğan-İncə-Akşənər arasında keçəcəyi və ikinci turun qaçılmaz olacağı ehtimal edilir.

Parlament seçkilərində isə mübarizə aparacaq siyasi partiyalar və seçki ittifaqları bunlardır:

“Cümhur” İttifaqı (AKP, MHP, BBP), “Millət” İttifaqı (CXP, İP, Demokrat, “Səadət”), Vətən Partiyası və HÜDAPar.

Parlament seçkilərində də mübarizənin daha çox “Cümhur”la “Millət” ittifaqı arasında olacağı qeyd olunur.

Qeyd edək ki, 2016-cı il referendumdan sonra Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat yerlərinin sayı 550-dən 600-ə qaldırılıb.

Yəni, 600 millət vəkili yeri uğrunda mübarizə gedəcək.

“Cümhur” İttifaqının hər iki seçkini udacağı təqdirdə, Türkiyədə tam prezident üsul-idarəsinə keçiləcəyi, “Millət” İttifaqının seçkiləri qazanacağı halda isə yenidən parlament üsul-idarəsinin bərqərar olunacağı gözlənilir.

 

 

Orxan