Seçkinin taleyini Azərbaycan xalqı həll edəcək

 

07

Azərbaycanda keçiriləcək prezident seçkilərini 1400 beynəlxalq müşahidəçi izləyəcək. SİA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov Müstəqil Mətbuat Mərkəzində (MMM) yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçkiləri işıqlandırmaq üçün 100-ə yaxın beynəlxalq KİV – lərin nümayəndələri də qeydiyyatdan keçib: “Yerli müşahidəçilərin sayı 52000 -ə çatıb. Onlardan 6030-u MSK – da akkreditasiyadan keçərək bütün ölkə ərazisində müşahidə apara biləcəklər”.

M.Pənahov bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərda 5 milyon 145 min seçici 5492 məntəqədə səs verəcək.

MSK sədri vurğulayıb ki, seçkinin taleyi Azərbaycan xalqından asılıdır və MSK seçkilərin şəffaf şəkildə keçirilməsi üçün bütün imkanları yaradıb.

M.Pənahov qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq, yerli icra orqanlarının bəzi əməkdaşlarının seçkiyə müdaxiləsi halları haqda Mərkəzi Seçki Komissiyasına şikayət edilməyib və bununla bağlı beynəlxalq təşkilatlardan da həmin məsələ ilə əlaqədar narahatlıq ifadə olunmayıb.

MSK sədri əlavə edib ki, ötən seçkilərlə müqayisədə polisin fəaliyyətinə heç bir irad olmayıb: “Buna baxmayaraq, polis əməkdaşları arxayınlaşmamalıdırlar. Çünki sabah seçkidir və onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq öz vəzifələrinin öhdəsindən gəlməlidirlər.