Şehiç ardıcıl 4-cü oyunda da keçilməz oldu

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının heyətində növbəti oyununu keçirib.

Xalq.az  xəbər verir ki, 29 yaşlı qolkiper millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında Seneqal yığmasına qarşı matçda şans qazanıb. O, meydana start heyətində çıxıb, sona kimi oynayıb. Qarşılaşma isə qolsuz başa çatıb.

Bununla da, Şehiç ABŞ, Meksika və Bolqarıstan ilə yoldaşlıq görüşlərində olduğu kimi, bu dəfə də, ardıcıl 4-cü qarşılaşmasında qapısını toxunulmaz saxlayıb.