“Selfie” üçün güzgü icad edildi

self

Sosial şəbəkə saytlarında “selfie” (şəxsin özünü çəkdiyi) şəkilləri paylaşmağın dəb halını aldığı bir vaxtda amerikalı ixtiraçılar maraqlı kəşfə imza atıblar.

Xalq.az-ın xəbərinə görə, “selfie” şəkillərin populyar olduğu bir ərəfədə ABŞ-da gülümsəyən insanların avtomatik şəklini çəkə bilən güzgü icad edilib.

“Selfie”-ayna layihəsinin olduqca maraqla qarşılandığı bildirlir. S.E.L.F.I.E. (Self Enhancing Live Feed Image Engine) adı verilən foto-güzgünün dizaynerləri, mebelin bir hissəsini kamera və kompüterlə birləşdirib.

Həmin foto-güzgünü istifadə etmək isə olduqca asandır. Belə ki, şəklini çəkdirmək istəyən şəxs güzgüyə yaxınlaşmalı və gülümsəməlidir. Proqram fotoaparat sayəsində gülümsəməyə reaksiya verərək, şəklinizi çəkəcək.

Çəkilən şəkil isə “ağıllı güzgü” tərəfindən avtomatik molaraq “Twitter”ə yüklənəcək və heşteqlə təmin ediləcək.