Sevda pula görə

1

 

 

Müğənni Sevda Yahyayeva qazandığı pulları hara xərcləməsindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi yığımcıl ola bilməməsindən şikayətlənib:

“Hamı deyir ki, Sevda qazandığı pulları hara xərcləyir. Mən pul yığa bilmirəm. Bu, pisdir. Amma hələ gəncəm, qazanıram, onu da xərcləyirəm. Gəlirimi yeni mahnılara, aranjimana və geyimlərimə sərf edirəm. Buna görə də peşman olmuram. Sənətə pul qoymasam, qazancım da olmaz”.

Geyimlərindən söz açan Sevda heç vaxt brend həvəskarı olmadığını bildirib:

“Hər bir xanım kimi mən də geyimlərimə xüsusi diqqət ayırıram. Amma bu o demək deyil ki, mütləq brend geyinməliyəm. Önəmli olan libasın mənə yaraşması və bəyənməyimdir. Ucuz da, baha da aldığım geyim mənim üçün dəyərlidir. Paltarlarımın çoxunu modelyerlərə tikdirirəm. Belə olanda daha çox ürəyimcə alınır”.